IQNA

Əqidə prinsipləri; Tövhid / 26

Nemətlərin dəyişməsi haqqında düşünməklə Allahı tanımaq

9:52 - July 09, 2023
Xəbər sayı: 3494432
TEHRAN (IQNA) – Nemətlər müxtəlif insanlar üçün fərqlidir. Bu fərq insan həyatının müxtəlif dövrlərində və bəşər nəsillərində müşahidə oluna bilər. Bu barədə düşünmək Allahı tanımağın yollarından biri hesab olunur.

Allah insana ehtiyaclarını təmin etmək üçün çoxlu vasitələr vermişdir. İnsan əhalisinin artması ilə bu vasitələr də kəşf edilir və genişlənir.

İnsan əhalisi az olanda insanlar qışda odunla isinir, yeməklərini də onunla bişirirdilər. Əhali artdığı zaman və insan sənaye aləminə qədəm qoyanda daş kömür kəşf edilir. Sonra Allah insanları neft çıxarmaq və ondan istifadə etmək haqqında düşünməyə vadar edir. Bir daha əhali artdıqda və insanların daha çox yanacağa ehtiyacı olduqda, qazdan istifadə insanların qarşısına çıxdı. İndi isə insan dünyası günəş enerjisindən istifadə etmək haqqında düşünür.

Əgər bu gün insanlar yun və dəvə tükündən hazırlanan keçədən istifadəni davam etdirmək istəsəydilər, bu, bütün insanlar üçün mümkün olardımı? Burada palazlar və maşın istehsalı olan xalçalar yaranıb. İnsan subay olanda onun özünəməxsus ruzisi olur, ailə qurub uşaq sahibi olanda onların da dolanışığı təmin edilir.

Həmçinin bu dəyişikliklərdə Allahı tanımaq üçün əlamətlər var.

  • Möhsin Qəraəti tərəfindən yazılmış "Əqidə prinsipləri (Tövhid)" kitabından götürülmüşdür.
captcha