IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 16

Salamın mənası və cavabı

10:38 - July 15, 2023
Xəbər sayı: 3494462
TEHRAN (IQNA) - Quranda bildirilir ki, cənnətdə insanlara xoşgəldin salamla verilər. Bu səbəbdən də müsəlmanlar arasında bu ənənə əsrlər boyudur ki, davam edir. Harada rastlaşsalar da, istər farsdillilər, istərsə də ərəbdillilər arasında hətta Pakistanda, Hindistanda və Çində də müsəlmanlar bir-birlərinə Salam sözü ilə xoşgəldin verirlər.

«وَإِذَا حُيِّيتُمْ بِتَحِيَّةٍ فَحَيُّوا بِأَحْسَنَ مِنْهَا أَوْ رُدُّوهَا إِنَّ اللَّهَ كَانَ عَلَى كُلِّ شَيْءٍ حَسِيبًا»

"Sizə salam verildiyi zaman onu daha gözəl alın və ya (eynilə sahibinə) qaytarın! Şübhəsiz, Allah hər şeyi hesaba alandır. (Nisa, 86).

 

Bir-birinə salam vermək insanlar arasında dostluq və sülh mənbəyidir, əlbəttə ki, əgər o salam ürəkdən gəlsə və sadəcə səs deyilsə. Quranda bildirilir ki, cənnətdə insanlara xoşgəldin salamla verilrir. Bu səbəbdən də müsəlmanlar arasında bu ənənə əsrlər boyudur ki, davam edir. Harada rastlaşsalar da, istər farsdillilər, istərsə də ərəbdillilər arasında hətta Pakistanda, Hindistanda və Çində də müsəlmanlar bir-birlərinə Salam sözü ilə xoşgəldin verirlər.

Bu Salam sözü incə mənalar ehtiva edən və zehnin xoş mühitlərini xatırladan çox zəngin bir sözdür. Çünki ilk növbədə Salam Allahın adıdır, necə ki, Quranda gəlib: هُو.... السّلام المومن المهیمن "O, salam, əmin-amanlıq bəxş edən, (hər şeydən) göz-qulaq olub (onu) qoruyandır" (Həşr 23). İkincisi, Salam Cənnətin adlarından biridir. Necə ki, Quranda gəlib: لهم دار السّلام عند ربّهِم "    Onları Rəbbinin yanında salamatlıq yurdu (Cənnət) gözləyir" (Ənam 127). Salam evinin mənası həmin Cənnət və ya ali Firdosdur. Çünki orada salamtlıq, əmin-amanlıq və rahatlıq vardır. Heç kimin heç kimlə düşmənçiliyi yoxdur.

Üçüncüsü, salam sözü insanlar, ölkələr və şəhərlər arasında bərqərar edilməli olan sülh və dostluq deməkdir.

Dördüncüsü, salam sağlamlıq sözü ilə bağlıdır. Kimsə sizə salam verəndə əslində sizə can sağlığı arzulayır. Həm də məndən əmin-amanlıqda və rahat olduğunuzu bildirir. Avropalıların salamlaşmaq üçün işlətdikləri sözlər arasında bu qədər geniş məna daşıyan söz yoxdur.

Ayənin ümumi təlimi budur ki, kim sənə bir hədiyyə versə və sənə bir yaxşılıq etsə, onu ondan daha yaxşı ona qaytarmağa çalışmalısan. Bu əmrə bütün sahələrdə əməl edilərsə, insanlar bir-biri ilə görüşərək daha da zənginləşər və daha kamil olarlar.

Əgər insan eşitdiyi qədər salamla kifayətlənsə, səhv etməmişdir. Amma artıq lütf ondan ibarətdir ki, dinləyici şəxs zərurətdən və adət və tələblərə riayət etməklə cavab vermədiyinə əmin olur. Əks halda eşitdiyinə heç nə əlavə etməzdi. Bu, psixologiyanın ümumi prinsipidir ki, ona riayət etmək insan münasibətlərini daha incə və hamar edə bilər.

Ariflər üçün ən böyük hədiyyə Tanrının minlərlə dildə insanlara göndərdiyi salamdır.

Amma Allahın təkvini salamı (Allahın əməlindən və yaradılışından anladığımız), Onun hüzurunun xəbəri olan kainatın hər bir zərrəsindən hər an eşidilir. Günəş hər səhər göylərin və yerin genişliyinə salam göndərir və hamı onun salamından isinir. Hər gecə saysız-hesabsız ulduzlar bir-birinə salam göndərir. Bitən hər bitki, açan hər çiçək, və hər keçən Səba küləyi, hamısı Allahın salamından doludur.

Amma qulaqlar qəflət içindədirlər. Hərdən bir şair səhər mehində salam eşidib, cavab olaraq salam göndərir.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4115204

captcha