TEHRAN (IQNA) - Həqiqəti axtaran hər kəs tək Allahın varlığının dəlillərini və əlamətlərini biləcək .Necə ki, İslam mətnlərində təfəkkür etmək və onlara diqqət yetirməklə bu əlamətləri aydın şəkildə müşahidə etmək olar.

Allahın təkliyinin müxtəlif əlamətləri vardır ki, onlardan 3-nü aşağıda oxuyuruq:
1_ Peyğəmbərlərin göndərilməsi
Allahın təkliyinin dəlillərindən biri də Həzrət Əlinin (ə) kəlamında bəyan olunmuşdur: "Əgər başqa bir tanrı olsaydı, o da peyğəmbərlər göndərməli və qüdrətinin nişanələrini bizə göstərməli idi" (Nəhcül-bəlağə, məktub 31).
2_ Allahın sonsuzluğu
Əgər iki Tanrı varsa və bir varlığın iki güc mənbəyi varsa ya onların hər ikisi məhdud olmalıdır - əgər varsa, onlar Allah deyillər, çünki məhdud qüdrət müəyyən mərhələdə heçliyə çatan güc deməkdir. Aydındır ki, belə güc Tanrı ola bilməz - və ya onların hər ikisi sonsuz güclərdir və sonsuz olarsa, artıq iki deyillər. Alimlərdən birindən misal gətirəcəm: Əgər inşaatçıya desən ki, sonsuz torpaq sahəsi olan bir ev tik. Başqa evə yer olmadığı üçün mütləq başqa bir ev tikmir.
3_ Varlıqda harmoniya
Əgər varlıqda tək Allahdan başqa Tanrılar mövcud olsaydı, varlıq sistemi mütləq məhv olardı. «لو كان فیهما الهة الاّ اللّه لفسدتا» (Ənbiya, 22).