Allah Quranda buyurur:
«قولوا للناس حسنا و اقیموا الصلوة»
"İnsanlarla gözəl danışın və namazı bərpa edin!" (Bəqərə, 83).
Gözəl danışıq və rəftarla əməli surətdə namazı təbliğ edə bilərik. Peyğəmbərin (s) əxlaqı ilə müsəlman olanlar, məntiqlə müsəlman olanlardan daha çoxdur.
İnsan mübahisə etdiyi kafirlərlə belə, gözəl şəkildə mübahisə etməlidir. Yəni əvvəlcə onların yaxşı cəhətlərini qəbul etməli, sonra öz fikrini bildirməlidir.