IQNA

Quran nədir? / 16

Yalnız pakların çata biləcəyi bir kitab

11:07 - July 23, 2023
Xəbər sayı: 3494500
TEHRAN (IQNA) - Qurani-Kərim pak bir kitabdır ki, pak insanlardan başqa heç kəs bu kitabın həqiqətinə çata bilməz. Çünki bu kitabın bəşəriyyət üçün çoxlu xeyirləri var və insanları doğru yola yönəldir. Bu kitabın həqiqətinə çata bilənləri tanımaq çox əhəmiyyətlidir.

Allah-təala “Vaqiə” surəsində Quranın sifətlərindən birini qeyd etmiş və haqqa çatmağı bəzi insanlara məxsus etmişdir. Vaqiə surəsinin 79-cu ayəsində Allah-taala buyurur: “(Sizə oxunan) bu (kəlam) çox qiymətli Qurandır. (O, Allah dərgahında) qorunub saxlanılan bir Kitabdadır      Ona yalnız pak olanlar toxuna bilər!” (Vaqiə, 77-79).

Bu ayədə pak olanlarla bağlı iki cəhət qeyd olunur:

1_ Zahiri paklıq: Bəzi rəvayətlərə görə, bu ayədə toxunmamağın mənası dəstəmazsız toxunmamaqdır. Yəni insanlar Quran ayələrinə toxunmaq üçün dəstəmaz almalıdırlar, çünki dəstəmaz bədəni və ruhu təmizləyir, insanların ruhuna böyük təsir göstərir.

İmam Rza (ə) buyurur: "Allah dəstəmaz almağı əmr etdi və namazı dəstəmazla başladı ki, bəndə Allahın hüzurunda durub ona dua etdikdə pak və onun əmrinə itaətkar olsun, murdar və çirkinliklərdən pak olsun".

Bu paklıq növünə görə bütün insanlar dəstəmaz şərti ilə Qurana toxuna bilər.

2_ Daxili paklıq: Bu paklıq növü yalnız müəyyən insanlara aiddir və bütün insanları əhatə etmir. Allah Əhzab surəsindəki bir ayədə pak olanların nümunələrini tanıtdırır: "Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!" (Əhzab, 33). Bu ayənin təfsirində və Əhli-beytin nümunəsini təyin etmək haqqında Peyğəmbərin (s) zövcəsindən belə nəql olunur: “Allahın Rəsulu (s) onun evində idi ki, Xeybər toxunması olan bir əbanı üstünə atıb və yatmışdı. Fatimə əlində tutduğu yemək qabı ilə qapıdan içəri girdi. Allah Rəsulu (s) buyurdu: “Həyat yoldaşını və iki oğlun Həsən və Hüseyni çağır. Fatimə (ə) qayıdıb onları özü ilə gətirdi. O yeməyi yedikləri halda bu ayə nazil oldu: «إِنَّما يُرِيدُ اللَّهُ لِيُذْهِبَ عَنْكُمُ الرِّجْسَ أَهْلَ الْبَيْتِ وَ يُطَهِّرَكُمْ تَطْهِيراً» "Ey Əhli-beyt! Həqiqətən, Allah sizdən (hər cur) çirkinliyi (pisliyi, günahı) uzaq tutmaq və sizi pakdan pak etmək istər!". Belə ki, Allah Rəsulu (s) üzərində olan əbanı onların üzərinə çəkdi, sonra əlini onun altından çıxarıb göyə işarə etdi və dedi: "Allaha and olsun ki, bunlar mənim əhli-beytim və mənim xüsusi şəxslərimdir, onlardan murdarlığı təmizlə, onları pak et". Bu sözü üç dəfə təkrar etdi.

Bu rəvayətə və digər rəvayətlərə əsasən Əhli-beytdən məqsəd Allahın hər cür günahdan qoruduğu on dörd məsumdur. Deməli, Əhli-beyt məsum və pakdır. Quranın həqiqətindən xəbərdardır. Onlar pakdırlar, onlardan başqa heç kəs Qurana çata bilməz.

captcha