IQNA

Avropa İttifaqı Quranın təhqir olunmasına qarşı mövqeyini aydınlaşdırmalıdır

11:36 - July 25, 2023
Xəbər sayı: 3494515
BAĞDAD (IQNA) – İraq Danimarkadakı səfirliyi qarşısında bir həftə ərzində ikinci dəfə törədilən Qurani-Kərimin yandırılmasını pisləyib və Avropa İttifaqından bununla bağlı dəqiq mövqe tutmasını istəyib.

"İQNA", xəbər verir ki, İraq Xarici İşlər Nazirliyi bu ölkənin Danimarkadakı səfirliyi qarşısında yenidə Qurani-Kərimin yandırılmasını pisləyib.

Sözügedən nazirlik bəyanat yayıb: "Bu sistematik hərəkətlər ekstremizm və nifrətin xalqları dinc yanaşı yaşamaq üçün real təhlükə qarşısında qoymasına imkan verir".

Bu açıqlamaya görə, nazirlik Avropa İttifaqına üzv ölkələrin səlahiyyətlilərinə müraciət edib. Onlardan söz azadlığı və etiraz etmək hüququ deyilən şeyə tez bir zamanda yenidən baxmalarını və bu sui-istifadələrin qarşısını almaq üçün İraq Respublikasının səfirlikləri qarşısında dəqiq kollektiv mövqe nümayiş etdirmələrini istəyib.

Xatırladaq ki, bu gün Danimarkada bir qrup ekstremist İraqın Kopenhagendəki səfirliyi qarşısında Qurani-Kərimi yandıraraq onu təhqir edərkən İraq bayrağını da təhqir ediblər.

Danimarkada Quranı yenidən təhqir etdikdən və İraq bayrağına hörmətsizlik etdikdən sonra bu ölkənin sərt reaksiyası ilə üzləşən  Danimarkanın diplomatik heyəti şiddətli reaksiyalardan qorxaraq İraqı tərk edib.

4157694

captcha