IQNA

İsveç məscidləri müqəddəs kitabların təhqir olunmasını qadağan edən qanun tələb edir

9:45 - August 01, 2023
Xəbər sayı: 3494543
STOKHOLM (IQNA) - İsveç mediası tərəfindən aparılan sorğunun nəticələri göstərir ki, İsveç məscidləri İslami müqəddəs yerlərə və bütün müqəddəs kitablara qarşı hər hansı təhqiri qadağan edən qanun qəbul edilməsini istəyirlər.

"İQNA", "Alcampis"-ə istinadən xəbər verir ki, Doku İnstitutunun yeni sorğusu göstərir ki, İsveçin 30 məscidinin rəhbərliyi bu ölkədə təkcə Quranın deyil, bütün müqəddəs kitabların yandırılmasını, eləcə də digər dini dəyərlər və simvollara hörmətsizliyi qadağan edən mexanizmin yaradılmasını istəyir.

İsveçin “Expressen” qəzetinin sorğusunu aparan jurnalist Sofi Louenmark deyib: “Biz öyrənmək istəyirdik ki, İsveçdəki müsəlmanların nəzərində yalnız Quran təhqir olunmamalıdır, yoxsa digər müqəddəs kitablar da təhqir edilməməlidir”.

Bu sorğuda Duco Fondu ölkədəki 32 məscidə sual verib: “İsveç Quranın yandırılmasını qadağan etməlidirmi?” 31 məscid bu suala müsbət cavab verib və İsveçdə bütün müqəddəs kitabların yandırılmasını qadağan etmək lazımdırmı sualına cavab olaraq bu məscidlərin əksəriyyəti də bu məsələnin qanuniləşdirilməsini istəyiblər.

Həmçinin bu sorğuya əsasən, 32 məsciddən 30 məscid İslamın və müsəlmanların müqəddəs rəmz və dəyərlərinə hörmətsizlik, təhrik və təhqirlə bağlı digər hərəkətlərin qadağan olunmasını tələb edib.

Əlbəttə ki, bu sorğu jurnalist, həmçinin Doku Fondunun yazıçısı və Expressen-in müstəqil köşə yazarı Sofi Louenmark və başqa bir isveçli jurnalist Lars Consonun birgə məhsulu idi.

4159367

 

captcha