IQNA

Selvan Momika üçüncü dəfə Qurani-Kərimi təhqir edib

10:55 - August 02, 2023
Xəbər sayı: 3494546
STOKHOLM (IQNA) - İsveçdə Qurana qarşı silsilə təhqirlərin ardınca mübahisəli iraqlı Selvan Momika üçüncü dəfə və bu ölkənin polis qüvvələrinin təhlükəsizlik çətiri altında Qurani-Kərimi təhqir edib.

"İQNA", "Uninews"-a istinadən xəbər verir ki, İraqın mübahisəli şəxsi Selvan Momika üçüncü dəfə ictimaiyyət qarşısında və İsveç polisinin tam dəstəyi ilə ölkə parlamentinin qarşısında müqəddəs kitabı yandıraraq müqəddəs Tanrı kəlamını təhqir edib.

“Baghdad Əlyəvm” xəbər saytı İraq əsilli stokholmlu Salvan Nəcm adlı şəxs Salvan Momikanın cinayətlərini dəstəklədiyi və terror aktlarında şübhəli bilinməsinə baxmayaraq, İsveçdə azad gəzdiyi barədə xəbər yayıb.

Stokholm polisi mübahisəli mitinq keçirmək üçün yeni icazə istəyi alıb. Bu tələb daha əvvəldə olduğu kimi Stokholmun mərkəzi məscidi və İraq səfirliyi qarşısında Quranı yandıran Selvan Momika tərəfindən edilib.

İslam ölkələrinin diplomatik təqiblərinə, İsveçdə və xaricdə geniş şəkildə qınaqlara baxmayaraq, İsveçdə yaşayan İraq əsilli Salvan Momika ortağı ilə birlikdə Quranın yandırılması faciəsini davam etdirir.

4159479

captcha