IQNA

Hicablı xanımlar namaz qılarkən hücuma məruz qaldı

11:28 - August 08, 2023
Xəbər sayı: 3494572
NYU-YORK (IQNA) - ABŞ-da parkda müsəlman xanımlara hücum edən 2 amerikalı qadına qarşı ittiham irəli sürülüb.

IQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) Şəfəqna-ya istinadən xəbər verir ki, ABŞ-da parkda müsəlman xanımlara hücum edən 2 amerikalı qadına qarşı ittiham irəli sürülüb.

Belə ki, Viskonsin ştatının Miluoku şəhərinin 2 sakini – 34 yaşlı Mirakl Rid və 30 yaşlı Peyton Smit ictimai məkan olan park ərazisində namazlarını qılan müsəlmanlara yaxınlaşaraq onların ünvanlarına təhqirlər səsləndiriblər, ardınca isə müsəlman xanımların hicablarını zor gücü ilə açaraq onlara zərbələr endiriblər.

Ətrafdakı insanlar vəziyyətə müdaxilə edərək polisə hadisə barədə məlumat veriblər. Polis hadisə yerinə gələrək hücum edənləri həbs edib, hücuma məruz qalan müsəlmanlar isə xəstəxanaya yerləşdiriliblər.

Şahidlərin sözlərinə görə, hücum edən iki islamofob qadın hücumları barədə öncədən razılaşmışdılar və parkda ibadət edən müsəlmanlara hücum etməzdən öncə öz aralarında baxışırdılar. Onlara qarşı cinayət işi qaldırılıb.

captcha