"Ey insanlar! Biz sizi bir kişi və bir qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra bir-birinizi tanıyasınız (kimliyinizi biləsiniz) deyə, sizi xalqlara və qəbilələrə ayırdıq. Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır (pis əməllərdən ən çox çəkinəninizdir). Həqiqətən, Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır" (Hücurat, 13).
Cəbraili-Əminin aləmlərin Rəbbinin əmri ilə yetmiş iki qövmün müharibəsini bitirmək üçün səmada sülh və dostluq şeypurunu çaldı. Onun mesajı budur ki, ey insanlar, biz sizi kişi və qadın olaraq yaratdıq ki, siz birlikdə xoşbəxt ola biləsiniz və övlad sahibi olasınız. Biz sizi müxtəlif dinlərdə, qruplarda və qəbilələrdə yaratdıq ki, bir-birinizlə vuruşmayasınız, həqiqətdə, bir-birinizi tanıyasınız və bir-birinizin nemətlərindən istifadə edəsiniz. Əbəs yerə qəbilənizi digər qəbilələrdən üstün göstərməyə can atmayın. Çünki ilahi məhkəmədə üstünlük meyarı təqva və fəzilətdir.
Ona görə də hər biriniz hansı qəbilədən və dindən olursunuzsa olun, çirkin işlərdən çəkinsəniz, pis əməllər yerinə yaxşı işlər görsəniz, Allah yanında daha sevimli olarsınız. Həqiqətən, Allah insanların bir-birindən üstünlüyünü və imtiyazını daha yaxşı bilir.
Mübahisəçilərin görmədikləri həqiqət budur ki, dinin və imanın həqiqətinin əsli təqva və fəzilətdir. O, heç bir dinə xas deyildir. Müharibə və ixtilafların mənbəyi də bu təqvanın olmaması, eqoizm və təkəbbürün güclü şəkildə olmasıdır.
Dini müharibələr, başqa sözlə desək, müxtəlif millətlərin saxta dini dəyərlər pərdəsi altında hakimiyyətə can atması bəşər tarixində elə faciələrə səbəb olub ki, əgər bütün insanlar dindən əl çəkib küfrə sığınsalar, günah yükü hakimiyyətə can atanların, şöhrətpərəstlərin, mal və var-dövlətə həris olanların çiynində olar.
* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.
4115983