IQNA

Quran surələri / 109

İslamın Kafirun surəsində dini plüralizm haqqındakı fikri

4:53 - September 01, 2023
Xəbər sayı: 3494689
TEHRAN (IQNA) – Qurani-Kərimin ayələrindən birində Allah İslam Peyğəmbərinə (s) əmr edir ki, kafirlərdən öz dinlərinə sahib olmalarını istəyin. Bəziləri hesab edir ki, bu ayə İslamın dini plüralizmlə razılaşmasına dəlildir.

Qurani-Kərimin yüz doqquzuncu surəsi “Kafirun” adlanır. Bu surə altı ayədən ibarətdir. O, 30-cu cüzdə yerləşdirilmişdir. Məkkə surəsi olan “Kafirun” surəsi İslam Peyğəmbərinə (s) nazil olan 18-ci surədir.

Bu surə kafirlərdən bəhs etdiyi və bu söz bu surənin birinci ayəsində olduğu üçün bu surə “Kafirun” adlanır. Deyilib ki, bu surə o zaman nazil oldu ki, bir qrup kafir belə təklif etdilər: Bir müddət onlar İslam Peyğəmbərinin (s) dininə əsasən, yaşasınlar və bir müddət də Peyğəmbər (s) onların dininə tabe olsun.

Allah bu surədə Peyğəmbərə (s) əmr edir ki, bütpərəstlik dininə qarşı olan müxalifəti aşkar etsin. Kafirlərin dininə heç bir həvəs və marağı olmadığını və onlarla barışmayacağını bəyan etsin. Həmçinin kafirlərin də onun dinini qəbul etmədiyini bildirir; Buna görə də nə İslam dini onlar tərəfindən istifadə edilir və qəbul edilir, nə də İslam Peyğəmbəri (s) kafirlərin dinini qəbul edir; Nəticədə, kafirlər Peyğəmbərin onlarla barışacağına ümid etməməlidirlər.

Bu surə Allahın İslam Peyğəmbərinə (s) kafirlərə cavab vermək vəzifəsidir. İlk üç ayədə Allahın Peyğəmbərə (s) əbədi olaraq ibadət etməyi əmr etməsi və kafirlərə heç vaxt Allaha ibadət etməyəcəklərini xəbər verməsi mənası var. Buna görə də dində müsəlmanlarla kafirlər arasında ortaq bir nöqtə yoxdur. Əlbəttə ki, bu, kafirlər öz dinlərində qaldıqları müddətcədir, əks halda müxtəlif dövrlərdə kafirlər İslamı qəbul edib, Allaha da ibadət ediblər.

Bu anlayış aşağıdakı ayələrdə bir daha təkrarlanır: "Mən sizin ibadət etdiklərinizə ibadət edən deyiləm! Siz də mənim ibadət etdiyimə ibadət edən deyilsiniz!" Bu təkrar bu surənin mesajını vurğulayır. Həmçinin vurğulanır ki, Peyğəmbər (s) hər an və istənilən şəraitdə Allaha ibadətlə məşğul olmalıdır.

Son ayə müsəlmanların yolunu kafirlərdən tamamilə ayırır: "Sizin öz dininiz var, mənim də öz dinim (Elə isə sizin dininiz sizə, mənim dinim də mənə)!". Burada bəziləri deyə bilər ki, İslam kafir və müşriklərin dinini seçməsilə razılaşıb və ya Allah Peyğəmbərdən (s) kafirlərə qarşı çıxmamasını istəyib. Bəziləri bu ayəni İslamın “dini plüralizm”lə uzlaşması mənasına olduğunu düşünüblər. Lakin bu təsəvvürlər doğru ola bilməz, çünki İslam həmişə insanları tövhidə dəvət etməyə, küfr və şirkdən uzaq tutmağa çalışmışdır.

Bəzi təfsirçilər hesab edirlər ki, bu ayədə “din” sözü din və məzhəb mənasında deyil, mükafat və cəza mənasındadır; Deməli, bu ayənin mənası budur ki, hər bir dəstə öz dini və metoduna görə öz cəzasını və ya mükafatını alacaq.

captcha