"İQNA", "Rusiya Əl-yəvm"-ə istinadən xəbər verir ki, Misir Təhsil Nazirliyi elan edib: "Məktəblərdə niqabdan istifadə qadağandır və qızların saçını örtmək məcburi deyil, istəyə bağlıdır.
Bu nazirliyin bəyanatında deyilir: "Tələbənin seçdiyi hicabın üzünü örtməməsi zəruridir. Təhsil Şöbəsinin elan etdiyi rəngdən istifadə etmək şərti ilə hər cür baş örtüyü qadağan edilmir".
Bu nazirlik öz tabeliyində olan idarələrə tapşırıb ki, şagirdlərin məktəblərdə geyindikləri geyim növündən valideynlərin xəbərdar olub-olmadığını yoxlayıb əmin olsunlar.
Formanın rənginin müəyyən edilməsinə gəlincə, bu nazirlik qeyd edib ki, məktəb şurası qəyyumlar şurası, valideynlər və müəllimlər ilə razılaşdırmaqla oğlan və qız şagirdlər üçün məktəbli formasının uyğun rəngini müəyyən edir və müvafiq qərar qəbul edir.
4168354