İnsanları bir-birindən uzaqlaşdıran əxlaqi məsələlər arasında pis xasiyyət və ya pis əxlaq vardır. Pis xasiyyət, üzünü turşutmaq, sərt və quru sözlər demək, lütf və məhəbbətin olmaması insan əxlaqının pisliklərindəndir ki, bəzən insan ruhunda kök salır və ictimai nifrətə səbəb olur.
Pis xasiyyətli insan dözümlülüyü az olduğundan və özünü idarə etmək gücündə olmadığından insanların ondan inciməsinə səbəb olur. Nəticədə, onun sosial həyatı təhlükə altına düşür və bu baxımdan təcrid olunmaq təhlükəsi yaranır. Buna görə də o, artıq cəmiyyət arasına qatıla bilmir. Həmçinin insanlarla ünsiyyət qura bilmir. Bu səbəbdən də Əmirəl-möminin Əlidən (ə) belə bir hədis vardır ki, buyurur: “Əxlaqı pis olan adamın həyatı olmaz”. Çünki həm özü əziyyət içindədir, həm də ətrafındakılar, cəmiyyəti əzab çəkir.
Odur ki, bu əxlaqi günaha düçar olanlar tez bir zamanda sağalmağa çalışsınlar, alimlərin və əxlaq böyüklərinin dediyi yollardan istifadə etsinlər. O cümlədən: Bu çirkin xislətdən əziyyət çəkən insanlar pisliyin pis nəticələri haqqında düşünsünlər. Yuxarıda qeyd olunan rəvayəti və böyüklərin sözlərini təkrar-təkrar nəzərdən keçirsinlər. Habelə bunun əziyyət çəkənlərin həyatındakı pis təsirlərini, insanların onlara necə nifrət etdiyini və onların qarşısında tək qaldığını müşahidə etsinlər. Həyatdakı çətin hadisələr qarşısında tək qalırlar. Ümumilikdə Allahdan və xalqdan uzaqlaşacaqlar.
Bəzən əxlaqsızlıq əxlaqsız insanlarla gəzməkdən yaranır. Bütün insanların bu əxlaqi pisliyi ən azı bir-iki nəfərdə tapa biləcəyi dostları var. Bu dostlarla ünsiyyətdə olmaq nəticəsində insanın davranışı dəyişir, onlara meyllənir. Deməli, insan cəmiyyətdə yaşamaq, tərbiyəli qalmaq istəyirsə, bacardığı qədər bu insanlardan uzaq durmalıdır. Bunun əvəzinə yaxşı insanlarla vaxt keçirməlidir.
Qurani-Kərim müsəlmanlar üçün bələdçi kitab olaraq əxlaqsızlığın bəzi nümunələrini qeyd edir və onu qadağan edir:
Quranda qınanan və pislənən şeylərdən biri də məğrurluqdur. Allah Quranda buyurur: "Adamlardan təkəbbürlə üz çevirmə, yer üzündə lovğa-lovğa gəzib dolanma. Həqiqətən, Allah heç bir özündən razını, lovğalanıb fəxr edəni sevməz!" (Loğman, 18).
Allahın insanlar üçün pis gördüyü başqa şeylərdən biri də yüksək səslə danışmaqdır. Allah Quranda buyurur: “ Yerişində müvazinət gözlə (nə çox yeyin, nə də çox asta get) və (danışanda) səsini qaldırma. Çünki ən çirkin səs uzunqulaq səsidir!” (Loğman, 19).