IQNA

İslamın əqidə prinsipləri; Məad / 40

Rahat ölüm

7:45 - October 12, 2023
Xəbər sayı: 3494853
TEHRAN (IQNA) – Quranda və hədislərdə asan ölümün amillərindən xəbər verən mətləblər var.

  * İmam Sadiq (ə) buyurur: "Kim geyinməyə paltarı olmayan möminə paltar geyindirsə, ... Allah onun ölümünü asanlaşdırar".

  * Başqa bir rəvayətdə Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim ölümün ona asan və nurlu olmasını istəyirsə, sileyi-rəhm (qohumlarla əlaqə saxlamaq) etsin, ata-anasına yaxşılıq və qulluq etsin".

  * Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Həzrət Əliyə (ə) məhəbbət bəsləyərsə, onun ölümü asan olar".

  Şübhə yoxdur ki, sevgi və dostluq onun yolunu seçmək və o məsum rəhbərin intellektual və əməli xəttini dəstəkləmək və onun ardınca getmək deməkdir.

  * Rəvayətdə deyilir ki, möminin ölümünü asanlaşdırmaq üçün öldüyü zaman onu həmişə namaz qıldığı yerə aparın.

  • * Möhsin Qəraəti tərəfindən yazılmış "İslamın əqidə prinsipləri (Məad)" kitabından götürülmüşdür.
captcha