IQNA

1:44 - October 14, 2023
Xəbər sayı: 3494865

Qəzzada Əl-Əzhər universiteti bombalanıb

QƏZZƏ (IQNA) - Sionist rejim Qəzza zolağına hücumlarının davamında Qəzza şəhərindəki Əl-Əzhər universitetini də hədəf alıb.

Qəzzada Əl-Əzhər universiteti bombalanıb

"İQNA", "Vəfa" Fələstin Xəbər Agentliyinə istinadən xəbər verir ki, sionist rejimin döyüş təyyarələri Əl-Əzhər Universiteti və Qəzza şəhərinin İslam Universitetini bombalayıb.

Xəbər mənbələrinə görə, bu şiddətli hücumlarda işğalçılar İslam Universitetinin binasını tamamilə dağıdıblar. Yanğın və yolun bağlanması səbəbindən heç kim ora daxil ola bilməyib.

Sionist rejimin təyyarələri həmçinin Əl-Əzhər Universitetinin fakültə binasını da hədəfə alıblar ki, bu da ciddi maddi ziyan vurub.

Xəbər mənbələrinə görə, Əl-Əzhər dini mərkəzinin binasına da ziyan dəyib.

4174694

captcha