IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 37

Hansı din Allah tərəfindən məqbuldur?

9:23 - October 16, 2023
Xəbər sayı: 3494872
TEHRAN (IQNA) – Allah Qəbul etdiyi dini “İslam” kəlməsi ilə dünyaya tanıtdırır. İslamın buradakı mənası həm peyğəmbərlər, həm də fitrət vasitəsilə bütün insanlara çatdırılmış Allahın əmrinə təslim olmaqdır.

"Kim İslamdan başqa bir din ardınca gedərsə, (belə bir din) heç vaxt ondan qəbul olunmaz və o, axirətdə zərər çəkənlərdən olar!" (Ali-İmran, 85).

Allah Qəbul etdiyi dini “İslam” kəlməsi ilə dünyaya tanıtdırır. İslamın buradakı mənası həm peyğəmbərlər, həm də fitrət vasitəsilə bütün insanlara çatdırılmış Allahın əmrinə təslim olmaqdır. Ayənin mesajı budur ki, kim onu ​​haqqa, düzgünlüyə və hər cür yaxşılığa çağıran və pis şeylərdən çəkindirən ilahi fitrətinə təslim olmasa, nəfsani istəklərə uyaraq və şəxsi məqsədlərə çatmaq üçün ondan üz döndərsə, heç bir üzrü qəbul olunmayacaqdır. Çünki iki batini və zahiri peyğəmbər onu doğru yola çağırmışdır. Höccət və dəlil ona tamamlanmışdır. Bu səbəbdən o, axirətdə ziyana uğrayanlardan olacaqdır.

Beləliklə, bütün dinlər İslam olacaq və onların ardıcıllarına müsəlman demək olar: Müsəlman Xristian, öz fitrətinə uyğun olan dininin sütunlarına təslim olmuş kimsədir. Bizdə də müsəlman yəhudi və müsəlman zərdüşti olacaq. Qeyri-müsəlman xristian, xristianlığa tabe olmayan və onu bildikdən sonra doğru yola məhəl qoymayan şəxsdir. Dünya arifləri bu təslimiyyəti və İslamı sevgi dini hesab edirlər. Buna görə də nicat mənbəyi kimi eşqdən başqa heç bir dini tanımırlar. Onlara görə cəmi iki din vardır, biri eşq dinidir ki, həqiqətə, gözəlliyə və yaxşılığa məhəbbətdir. Digəri də küfr dinidir ki, heç bir məhkəmədə bağışlanma ümidi olmayan məğrurluq, özünübəyənmə, zülm və haqsızlıqdır.

 İranlı şair Rudeki deyir ki, kainatın Rəbbinin arzusu insanların kilsələrə, məbədlərə, məscidlərə getmələri deyil, harada olurlarsa olsunlar, Allahı sevmələridir. Bu, bütün İlahi peyğəmbərlərin ortaq məxrəcidir.

Əttar ümumbəşəri məhəbbət dininin əzəmətli planını öz musibet-naməsində təqdim edir. Kainatda Allahı axtaran və Onu daxilində tapan bir fədainin (məzhəb səyyahı, təsəvvüf yoluna qədəm qoymuş dərviş) hekayətindən bəhs edir.

* Ustad Hüseyn Muhyiddin İlahi Qumşei tərəfindən yazılmış "Quranda 365 gün" kitabından götürülmüşdür.

4118991

captcha