IQNA

Sionist rejim Qəzzada 31 məscidi tamamilə dağıdıb

14:08 - October 23, 2023
Xəbər sayı: 3494907
QƏZƏ (İQNA) – Sionist rejim ordusunun blokada altındakı Qəzzə zolağına hücumlarında daha 5 məscidi dağıtması ilə oktyabrın 7-dən bu yana hücumlarda dağıdılan məscidlərin sayı 31-ə çatıb.

"AA"-nın verdiyi xəbərə görə, Qəzzada Vəqflər Nazirliyi, İsrailin məscidləri hədəf alan hücumları ilə bağlı yazılı açıqlama yayıb.

İsrailin daha 5 məscidi tamamilə dağıtdığı bildirilən açıqlamada, "İsrailin Qəzzaya hücumlarının başlamasından bu yana tamamilə dağıdılan məscidlərin sayı 31-ə yüksəldi" ifadələri işlədilib.

Qəzzadakı Vəqflər Nazirliyi dünən İsrail ordusunun 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 26 məscidi tamamilə dağıtdığını açıqlamışdı.

     İsrailin Qəzzada təşkil etdiyi hücumlarda 17 məscid və 1 kilsə zərər görüb.

Açıqlamada, bombardmanda Vəqflər Nazirliyinin binası, ona bağlı Qurani-Kərim Radiosu binası, Rum Pravoslav Kilsəsi kimi bəzi mülki məntəqələrin hədəf alındığı, 10 Nazirlik əməkdaşının həyatını itirdiyi və söz mövzusu hücumlarda yaralananların olduğu bildirilib.

4200 fələstinli şəhid oldu

Qeyd edək ki, sionist rejimin Qəzzada yaşayış məntəqələri, sağlamlıq mərkəzləri və dini qurumlara qarşı həyata keçirdiyi hücumlarda indiyədək 1661-i uşaq olmaqla 4200-ə yaxın fələstinli şəhid olub.

captcha