IQNA

Qəzzada şəhidlərin sayı 4 min 741-ə yüksəlib

14:11 - October 23, 2023
Xəbər sayı: 3494908
QƏZƏ (İQNA) - Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin hücumlarında həyatını itirənlərlə bağlı açıqlama verib.

Qəzzada şəhidlərin sayı 4 min 741-ə yüksəldi. Qəzzada Səhiyyə Nazirliyindən verilən məlumata görə, 7 oktyabrdan bu yana fasiləsiz olaraq davam edən intensiv bombardmanın 16-cı günündə Qəzzada 1873-ü uşaq, 1023-ü qadın olmaqla can itkisi 4 min 741-ə yüksəlib. Yaralıların sayı 15 minə çatıb.

Qəzzada indiyədək əksəriyyəti uşaq olmaqla 1500 nəfərin dağıntılar altında qaldığı təxmin edilir.

     İsrailin Qəzzaya hücumlarında şəhidlərin sayı 4 min 137-yə yüksəldi

Oktyabrın 22-də İordan çayının qərb sahilində daha 8 fələstinlinin şəhid olması ilə şəhidlərin sayı 98-ə yüksəldi. Sionist rejimin hücumlarında 1400 nəfər yaralanıb, 1250 nəfər isə işğalçı qüvvələr tərəfindən həbs edilib.

captcha