İran İslam İnqilabının Aıi Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Loristan Vilayəti Şəhidlər Konqresinin üzvləri ilə görüşüb.
Ayətullah Xamenei burada çıxış edərək Fələstində baş verən hadisələrə toxunaraq deyib: "Amerika sionist rejimin Qəzzada törətdiyi qətllərin ortağıdır".
Həzrət Ayətullah Xamenei ABŞ və Avropa ölkələrinin rəhbərlərinin Təl-Əvivə səfərinə reaksiya verərək deyib: "Zalım ölkələrin rəhbərlərinin işğal olunmuş torpaqlarda olması onların sionist rejimin parçalanmasından narahatlığını göstərir".
İslam ölkələri susmamalıdır
İslam ölkələrinə müraciət edən Ayətullah Xamenei “İslam dövlətləri qatillərin qarşısında susmamalıdır. "Qələbə mütləq Fələstinə məxsusdur" dedi.
Amerika və Avropa ölkələrində İsrail rejiminə qarşı etirazlara toxunan Ayətullah Xamenei deyib:
"İnsan haqları müdafiəçisi olduqlarını iddia edənlər Fələstinə dəstək nümayişlərini qadağan edirlər. Amma insanlar bu qadağaya məhəl qoymur və küçələrdə sionist rejimə qarşı öz reaksiyalarını göstərirlər. Heç kim sionistlərin vəhşi hərəkətlərinə qarşı etirazların qarşısını ala bilməz".
İslam İnqilabının Ali Məqamlı Rəhbəri ABŞ-ın fələstinlilərin öz evlərini və vətənlərini müdafiə etməsini “terrorçu” adlandırmasını tənqid edərək dedi: “Beləliklə, terrorçu fələstinlilərin ev və torpaqlarını işğal edən sionist rejimdir, yoxsa öz torpaqlarını geri almaq istəyənlərdir?"