IQNA

Şotlandiyanın baş naziri Yusif:

Dünyanın bəsdir deməsi üçün (Qəzzada) daha neçə uşaq ölməlidir?

15:59 - October 28, 2023
Xəbər sayı: 3494925
Dünyanın bəsdir deməsi üçün (Qəzzada) daha neçə uşaq ölməlidir?
EDİNBURQ (İQNA) – Şotlandiyanın regional baş naziri Həmzə Yusif Qəzzanın hazırda intensiv bombardman altında olduğunu və onun telekommunikasiyalarının kəsildiyini bildirərək, "Dünyanın bəsdir deməsi üçün (Qəzzada) daha neçə uşaq ölməlidir?" dedi.

Yusif sosial şəbəkədə paylaşım edib. Şotlandiya Baş naziri, "Biz yalnız gecəni sağ qalmaları üçün dua edə bilərik. Dünyanın bəsdir deməsi üçün daha neçə uşaq ölməlidir?" - deyə bildirdi.

Yusif oktyabrın 9-da verdiyi açıqlamada fələstinli həyat yoldaşının anası və atasının Qəzzada çıxılmaz vəziyyətdə qaldığını bildirib.

captcha