IQNA

Qəzzədə rabitə və internet yenidən kəsilib

14:18 - November 01, 2023
Xəbər sayı: 3494945
QƏZZƏ (İQNA) - Fələstin Telekommunikasiya Şirkəti Paltel səhər saatlarında Qəzzə zolağında rabitə və internetin tamamilə kəsildiyini açıqlayıb.

 “TRT Xəbər”in verdiyi məlumata görə, Fələstin Telekommunikasiya Şirkəti Paltel X platformasında açıqlama verib.

Daha əvvəl bağlanmış beynəlxalq şəbəkənin yenidən kəsildiyini bildirən şirkət deyib: "Qəzzə zolağında bütün rabitə və internet xidmətlərinin tamamilə kəsildiyini təəssüflə bildiririk".

Oktyabrın 27-də İsrail ordusu ən şiddətli hava hücumlarından birini həyata keçirib. Güclü bombardmanlar nəticəsində Qəzzəni dünyaya bağlayan bütün kanallar məhv edilib.

captcha