IQNA

Qəzzədə müharibə, Ər-Riyadda əyləncə

7:52 - November 05, 2023
Xəbər sayı: 3494956
RİYAD (İQNA)- Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda beynəlxalq əyləncə festivalı başlayıb.

"İQNA", "Ərəbi 21"-ə istinadən xəbər verir ki, Fələstində davam edən münaqişələrin qızğın vaxtında Səudiyyə Ərəbistanında Ər-Riyad əyləncə festivalı böyük coşqu ilə açılıb.

Sosial şəbəkə fəalları Bin Salmanı sərt tənqid edərək, bu şənliklərin ləğv edilməsini tələb ediblər. Lakin heç bir tənqidə məhəl qoyulmayıb.

Ər-Riyad əyləncə festivalı minlərlə səudiyyəli kişi və qadının qarışıq şəkildə qatıldığı yüksək enerjili bir tədbirlə açıldı.

X platforması fəalları bir çox ərəb ölkələrində ən çox danışılan hashtaglardan olan “Qəzza itirildi və Ər-Riyad bayram edir” başlıqlı hashtag başlatdılar.

Sosial şəbəkə istifadəçiləri Qəzzədə baş verən vəhşilik qarşısında bu tədbirin təşkilini tənqid edərək, “İndi rəqs edib mahnı oxumaq vaxtı deyil” paylaşıblar.

Səudiyyə Üləma Şurası Ər-Riyadda 2023-cü il Ər-Riyad əyləncə festivalı proqramlarının ləğv edilməsini tələb edib.

Üləma məclisi öz bəyanatında Səudiyyə hökumətindən və sosial yardım və əyləncə idarəsinin rəsmilərindən 2023-cü il Ər-Riyad əyləncə festivalının ləğv edilməsini, bütün fəaliyyət və tədbirlərin dayandırılmasını və ya Fələstin davasını dəstəkləyən tədbirlərə çevrilməsini istədiklərini bildirib.

Ər-Riyad əyləncə festivalı oktyabrın 30-da başlayıb. Bu əyləncə festivalına 10-12 milyon ziyarətçinin gələcəyi gözlənilir. Səudiyyə Ərəbistanının Ümumi Əyləncə İdarəsinin prezidenti Türki Əl-Şeyx Ər-Riyad əyləncə festivalının dördüncüsü üçün portuqaliyalı futbolçu Kriştiano Ronaldo ilə sponsorluq müqaviləsi imzalayıb.

Canlı əyləncə tədbirləri üçün qapılarını yenicə açmış bir ölkə üçün Riyad əyləncə festivalı və buna bənzər proqramlar Səudiyyə Ərəbistanı üçün yüksək gəlir mənbəyi olduğunu sübut etdi.

4179042

captcha