IQNA

Quranla söhbətdən əldə etdiklərimiz / 53

Allahı sevənlər Onun rəsuluna itaət etməli və ona tabe olmalıdırlar

2:02 - November 22, 2023
Xəbər sayı: 3495020
TEHRAN (İQNA) – Allah Öz peyğəmbərindən insanlara bildirmələrini istəyir ki, əgər onlar Allah-Təalanın onları sevməsini istəyirlərsə, Allahın elçilərinin yolu ilə getmədirlər.

 “Ali İmran” surəsinin 31-ci ayəsi: “De: “Əgər Allahı sevirsinizsə, mənə tabe olun ki, Allah da sizi sevsin və günahlarınızı bağışlasın. Allah çox bağışlayandır, çox mehribandır”.

Burada əsas məsələ Allah sevgisi və məhbuba çatmaqdır. Hər kəs zülmətdən çıxıb kamilliyə çatmaq istəyir. Allah Öz Peyğəmbərinə buyurur: Əgər siz Allahı sevirsinizsə və Onun da sizi sevməsini istəyirsinizsə, Onun Peyğəmbərinə itaət edin və onun yolu ilə gedin, çünki onun sözləri və əməlləri sizi Allaha tərəf aparır. Əgər keçmiş günahlarınızdan narahatsınızsa, Allah mərhəmətli və rəhmlidir və Ona tərəf dönsəniz, günahlarınızı bağışlayacağı ilə müjdə vermişdir.

Allahla bəndəsi arasında olan münasibət sevgi üzərində qurulur və deyilir ki, əgər bu münasibətdə günahlar üzündən problem yaranarsa, Allah Öz rəhmət və mərhəməti ilə bu problemi insanın qəlbindən çıxarar.

Fars ədəbiyyatında aşiqlə məhbub arasında incikliklərin olduğunu görürük. İnsan bir günah işlətdikdə Allahdan başqa bir məşuq tapır, lakin Allah bəndələrini o qədər sevir ki, əgər günahı tərk edərək tövbə etsələr, Allah geniş rəhməti ilə bu tövbəni qəbul edər. Allahın bəndələrinə olan sevgisi haqqında çoxlu şeirlər yazılmışdır.

Aşiq də məhbubun niyə gizləndiyindən şikayətlənir. Məşuq deyir: “Bəndəm Məni tapmağa çalışmaqla dünyanın sirlərini öyrənir və kamilliyə doğru irəliləyir. Pərdələr arxasında gizləndiyimi düşünməsi bir illüziyadır. Çünki mən hər an, hər yerdə varam”.

“Bəqərə” surəsinin 165-ci ayəsi: “İman gətirənlər Allahı daha çox sevirlər”.

Maidə surəsinin 54-cü ayəsi: “... Ey iman gətirənlər! Sizdən kim dinindən dönərsə, bilsin ki, Allah onları sevəcək bir tayfa gətirəcək, onlar da Allahı sevəcəklər...”

Bir hədisdə deyilir ki, insan sevdiyi şeyləri Allah rizası üçün sevməli, məhbubunun bəyənmədiyi şeylərdən çəkinməlidir. Qurani-Kərimdə dəfələrlə bildirilmişdir ki, Allah təmiz, dürüst, təvazökar və təqvalıları sevər. Onun təkəbbürlüləri, həddi aşanları, yalançıları və s.. bəyənmədiyi bildirilib.

captcha