İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Seyid Əli Xamenei səfərbərlik həftəsi münasibətilə bu gün səhər saatlarında Xalq Səfərbərlik Qüvvələrinin üzvlərini və komandirlərini qəbul edib.
Könüllü xalq qüvvələrinə müraciət edən Ayətullah Xameneinin çıxışından diqqət çəkən məqamları təqdim edirik:
- Tarixə imza atan Əl-Əqsa tufanı hadisəsi sionist rejimə qarşı törədilib, amma əslində anti-Amerika hərəkətidir.
- Əl-Əqsa tufanı Amerikanın regional siyasətlərini alt-üst edə bildi, inşallah davam edəcək və planları iflasa uğrayacaq.
- Xalq Səfərbərlik Qurumu İmam Xomeyninin (r.ə) ölkə üçün qoyub getdiyi qiymətli yadigardır. Səfərbərliyin məntiqi ölkəni təhdid və təhlükələrə qarşı mümkün qədər gücləndirməkdir.
- İran İslam Cümhuriyyətinin Fələstinə münasibəti Fələstinin həqiqi sakinlərinin iştirakı ilə referendum keçirməkdir.
- İmam Xomeyninin (r.ə) əvvəllər müjdələdiyi müqavimət oxu bu gün regionun taleyinin müəyyənləşməsində mühüm rol oynayır. Əl-Əqsa tufanı əməliyyatı da onlardan biridir.
- Mən prezident olanda səfər etdiyim bəzi Afrika ölkələrinin əhalisi imperializmə qarşı mübarizə aparırdı. Amma bəziləri ingilislərin həmin bölgələrdə qalmasını məqsədəuyğun hesab edirdi. Fələstinlilər də bunu edə bilər. Biz onların qərarının üstünə söz deyə bilmərik.
- İşğalçıların hər halda söz deməyə hüququ yoxdur, lakin Fələstin torpağında, düşərgələrdə və ya başqa ölkələrdə olan fələstinlilərin öz ölkələri ilə bağlı qərar vermək hüququ var.
- Amerikalılar “yeni Yaxın Şərq”in formalaşmasını davam etdirdiklərini söylədilər; Yaxın Şərq Qərbi Asiya deməkdir. Onlar Yaxın Şərq adlandırdıqları bu regionda Amerikanın qeyri-qanuni ehtiyaclarını və maraqlarını təmin etmək məqsədi daşıyan “yeni Yaxın Şərq” siyasəti yaratmağa çalışdıqlarını bildiriblər.
- ABŞ Hizbullahı aradan götürmək və Suriya dövlətini İŞİD kimi terror təşkilatları ilə sövdələşməyə məcbur etmək istəyirdi, lakin buna nail olmadı.