IQNA

10:35 - December 02, 2023
Xəbər sayı: 3495069

Qəzzada şəhid olan jurnalistlərin sayı 71-ə çatıb

QƏZZƏ (İQNA) - Sionist rejimin Qəzzəyə yeni hücumlarında Əl-Əqsa televiziyasının müxbirinin şəhadəti ilə oktyabrın 7-dən bu yana jurnalist şəhidlərinin sayının 71-ə çatdığı elan edilib.

Qəzzada şəhid olan jurnalistlərin sayı 71-ə çatıb

Qəzza hökumətinin media ofisi Əl-Əqsa televiziyasının müxbiri Abdullah Dərvişin sionist rejimin Qəzza zolağına yeni hücumları zamanı şəhid olduğunu açıqlayıb.

Bildirilib ki, bu jurnalistin şəhid olması ilə oktyabrın 7-dən bu yana şəhid olan jurnalistlərin sayı 71-ə çatıb.

Qəzzədəki hökumətin media idarəsi vurğulayıb ki, sionist rejim jurnalistləri və media mənsublarını hədəfə alır ki, həqiqəti gizlətsinlər. Həmçinin jurnalistləri qorxutmaqla onların işlərini görməmələrini istəyir.

Xatırladaq ki, HƏMAS və sionist rejim arasında atəşkəs başa çatdıqdan sonra sionist rejim ordusu Qəzza zolağına yenidən hücumlara başlayıb.

captcha