IQNA

Kanada məscidləri cümə xütbələrində əlillər barədə danışıb

2:04 - December 04, 2023
Xəbər sayı: 3495078
OTTOWA (İQNA) - Beynəlxalq Əlillər Günü münasibəti ilə Kanada məscidlərində cümə imamları moizələrinin bir hissəsini İslam dininə görə əlillərə qayğının vacibliyinə həsr ediblər.

"İQNA", "Muslim Link" saytına istinadən xəbər verir ki, Kanadada Din və Sosial Xidmətlər İnstitutu dekabrın 1-də əlillər üçün illik moizə kampaniyasını təşkil edib. Onun məqsədi Kanadadakı məscidləri cümə xütbələrini əlillik və İslam mövzularına həsr etməyə təşviq etmək idi.

Dünya Əlillik Xütbəsi Kampaniyasının 14-cü ilidir. Dünyanın hər yerindən məscidlər tez-tez müsəlmanları əlilliyə dair maarifləndirmə kampaniyasına qoşulur və İslamın əlilliyə necə baxdığını açıqlayır. İslamda əlillərin cəmiyyətə inteqrasiyası emosional və psixoloji baxımdan çox önəmlidir.

3 dekabr Ümumdünya Əlillər Günündə əlilliyi olan şəxslərin cəmiyyətdə iştirakını qeyd etmək məqsədilə silsilə tədbirlər təşkil olunur.

Bu kampaniya Dini Sosial Xidmətlər İnstitutu və Smile Canada, Human Concern International, ICNA, Kanada İmamlar Şurası, Kanada Milli Müsəlman Şurası, Müsəlman Qadınlar Federasiyası... və s. kimi bir çox beynəlxalq təşkilatlar tərəfindən dəstəklənir.

Beynəlxalq Əlillər Günü 1992-ci ildə BMT Baş Assambleyası tərəfindən elan edilib və hər il dekabrın 3-də qeyd olunur.

Bu günün təyin edilməsində məqsəd müxtəlif əlillərlə bağlı məsələlərə dair ictimaiyyəti məlumatlandırmaqdır. Bu, əlillərin siyasi, iqtisadi və mədəni həyatın bütün sahələrində iştirakını əhatə edir.

4185249​

captcha