IQNA

Tailandın müsəlman anklavlarında halal sənayesi inkişaf edir

7:59 - December 16, 2023
Xəbər sayı: 3495132
İQNA - Tailand hökuməti Tailand və Malayziya arasında müsəlman sərhəd əyalətlərində halal sənayesini inkişaf etdirməyə və bu məhsulları Yaxın Şərq ölkələrinə ixrac etməyə çalışır.

"İQNA", xəbər verir ki, halal məhsullara qlobal tələbat günü-gündən artır. Tailandın ərzaq ixracının 20 faizi halal məhsullardandır.

Tailand hökumətinin proqramına əsasən, “Hat Yai” əyalətində Malayziya və Tailandın halal məhsul şirkətlərinin iştirakı ilə halal yarmarkası keçirilib.

Hər iki ölkə sənayeni inkişaf etdirməklə iqtisadi inkişafın artırılmasına kömək edə biləcəklərini vurğuladılar.

Halal məhsullar təkcə qida məhsulları ilə məhdudlaşmır, moda və geyimdən tutmuş əczaçılıq məhsullarına və turizmə qədər bir çox sahələri əhatə edir. Bu bazarın dəyərinin 2 trilyon dollar olduğu təxmin edilir.

4187653

captcha