IQNA

Kanadada Fələstinə dəstək çıxana cəza verilir

18:58 - December 24, 2023
Xəbər sayı: 3495172
İQNA – Son həftələrdə bir neçə kanadalı hüquqşünas Fələstin xalqına dəstək verdikləri üçün işçilərin işdən çıxarılması və tələbələrin təhsildən kənarlaşdırılması ilə bağlı çoxsaylı məhkəmə iddiaları ilə üzləşdiklərini açıqlayıb.

"İQNA", "CBC" saytına istinadən xəbər verir ki, kanadalı fələstinli jurnalist sosial şəbəkələrdə Fələstin tərəfdarı olan yazılarına görə işdən qovulub. Bəzi restoran işçiləri Fələstin tərəfdarı etirazlara dəstək verdikləri üçün işlərini itiriblər.

Bunlar Kanadada işçilərin və tələbələrin İsrail-Həmas müharibəsi ilə bağlı mövqelərinə görə işdən çıxarılması və ya işdən çıxarılması tələbləri ilə üzləşdiyi çoxsaylı hallardan yalnız bir neçəsidir.

Ontarioda yaşayan üç hüquqşünas CBC News-a bildirib ki, bəzi qurumlar Fələstin xalqını dəstəkləmək üçün çıxış edən işçilərin və ya tələbələrin işlərini itirə və ya təhsil almaqdan məhrum edilə biləcəkləri bir mühit yaradıblar.

Yazıçılar, bəzi sənətçilər və Fələstinə verdikləri dəstəyə görə işini itirənlər yaşadıqları hadisələri CBC-yə danışıblar.

4189503

captcha