İran prezidenti Seyid İbrahim Rəisi dünya katoliklərinin dini lideri Papa Fransiskə göndərdiyi məktubda İsa Məsihin (ə) doğum günü və miladi təqvimi ilə yeni ilin gəlişi münasibətilə Papanı təbrik edib.
Prezident Rəisi mesajının bir hissəsində aşağıdakı ifadələrdən istifadə etdi:
“Bu gün bəşər cəmiyyətləri bir çox problemlərlə üzləşir. Bunlardan ən mühümü sionist İsrail rejiminin Qəzza zolağına hücumudur”.
“Təəssüf ki, bir tərəfdən beynəlxalq təşkilatların bu məsələyə qarşı qətiyyətli addım atmaması, digər tərəfdən Amerika hökuməti və bəzi Avropa dövlətləri tərəfindən bu rejimin dəstəklənməsi günahsız insanlar, xüsusən də qadınlar və uşaqlardan ibarət 17 mindən çox insanın qətlə yetirilməsinə səbəb oldu”.
4189752