IQNA

16:02 - December 26, 2023
Xəbər sayı: 3495185

Qəzzada ölənlərin sayı 20 min 674-ə yüksəlib

İQNA - Sionist İsrailin Qəzzaya hücumlarında şəhid olanların sayı son 24 saatda 250 nəfər artaraq 20 min 674 nəfərə çatıb.

Qəzzada ölənlərin sayı 20 min 674-ə yüksəlib

İsrailin 7 oktyabrdan bu yana həyata keçirdiyi hücumlarda fələstinli şəhidlərin sayı 20 min 674-ə yüksəlib.

AA-nın verdiyi xəbərlərə görə, İsrail ordusu Qəzzada Əl-Maqazi Qaçqınlar Düşərgəsini növbəti dəfə hədəfə alıb. O, mülki əhalinin yaşadığı evlərə hava zərbələri endirib. Uşaqlar da daxil olmaqla 70 nəfər qətlə yetirilib.

Qəzzada Səhiyyə Nazirliyi deyib ki, "insanların çox yaşadığı düşərgəyə edilən hücum soyqırımdır".

İsrail təhlükəsiz bölgə olacağını iddia etdiyi Xan Yunisə hücumlarını davam etdirir. Son hava hücumunda binalar dağıntılara çevrilib. 21 nəfər həyatını itirib, onlarla insan yaralanıb.

captcha