IQNA

Nyu Yorkda qəzzalı şəhid uşaqların simvolik dəfn mərasimi keçirilib

9:35 - December 30, 2023
Xəbər sayı: 3495207
İQNA – Qəzzanın şəhid övladlarının simvolik dəfn mərasimi “Nyu York” şəhərində keçirilib. Bu etiraz toplantısının iştirakçıları Qəzzə zolağında atəşkəs və sionist rejimin bu bölgədəki dağıdıcı bombardmanlarına son qoyulmasını tələb ediblər.

"İQNA", Fələstinin “Vəfa” xəbər agentliyinə istinadən xəbər verir ki, yüzlərlə nümayişçi, qara geyinmiş və əllərində Qəzzanın şəhid uşaqlarını təmsil edən kuklalar ilə Nyu-York şəhərində simvolik dəfn mərasiminə qatılaraq Qəzzada atəşkəs və sionist rejimin bu bölgədəki dağıdıcı bombardmanlarına son qoyulmasını tələb ediblər.

Nümayişçilər baraban sədaları və üzərində “İndi atəşkəs vaxtıdır” yazılmış pankartla Nyu Yorkun məşhur Manhetten bölgəsindəki Tayms meydanına yürüş ediblər.

Nümayişçilər sionist rejimin Qəzzəyə vəhşicəsinə hücumu zamanı şəhid olan fələstinli uşaqların şəkillərini də daşıyıblar.

Bu yürüşün iştirakçılarından biri olan 64 yaşlı Grace Leal deyibb: “Biz dünyanın diqqətini Qəzzada qalan qurbanları saymasaq, indiyə qədər 10 minə yaxın uşağın öldüyünə yönəltmək istəyirik. Bu, bomba və dəhşətli hücumun nəticəsi oldu”.

Nümayişçilər BMT Təhlükəsizlik Şurasının Qəzzada humanitar “atəşkəs”lə bağlı iki qətnaməsinə veto qoyan sionist rejimin əsas müttəfiqi kimi ABŞ hökumətinə təzyiq edə biləcəklərinə ümid edirlər.

4190554

captcha