IQNA

Ərdoğandan İrana başsağlığı mesajı

19:08 - January 03, 2024
Xəbər sayı: 3495237
İQNA - Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İranda bu gün baş verən terror aktlarında həyatını itirənlərə görə İran xalqına başsağlığı verib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan X sosial media platformasında verdiyi açıqlamada bildirib: “İranın Kirman vilayətində törədilən dəhşətli terror aktları bizi dərindən kədərləndirdi. Hücumlarda həyatını itirənlərə Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm. Dost və qardaş İran xalqına başsağlığı verirəm”.

Xatırladaq ki, İran dövlət televiziyasının məlumatına görə, Kirman şəhərində yüzlərlə insanın iştirak etdiyi Şəhid General Süleymaninin anım mərasimi zamanı ardıcıl iki partlayış baş verib. Bildirilib ki, partlayışlar Kirmanda Şəhidlər qəbiristanlığı yaxınlığında baş verib.Terror aktı nəticəsində 103 nəfər şəhid olub, 171 nəfər yaralanıb.

captcha