IQNA

Ayətullah Xamenei: “Qəzza İslam dünyasının nəbzidir”

11:56 - January 04, 2024
Xəbər sayı: 3495244
İQNA – İslam İnqilabının Ali Məqamlı Rəhbəri Həzrət Ayətullah Xamenei İslam dünyasının nəbzinin Qəzzada döyündüyünü bildirib.

Hicri-qəməri təqvimi ilə 1445-ci il Cəmadiussani ayının 20-si, Məhəmməd peyğəmbərin (s) sevimli qızı Fatimeyi Zəhranın (s) mübarək mövlud günü idi.

İslam İnqilabının Ali Məqamlı Rəhbəri Ayətullah Xamenei, Həzrət Fatimənin (s) mövlud günündə Tehranda İmam Xomeyni (r.ə) Hüseyniyyəsində Əhli-beyt xətibləri ilə görüşüb.

Ayətullah Xamenei buradakı çıxışında mədəni blokadanın aradan qaldırılması və yumşaq müharibədə uğur qazanması üçün hazırlanan “Bəyan Cihadı” layihəsinin əhəmiyyətinə toxunub.

Həzrət Ayətullah Xamenei deyib: “Əhli-beytin məddahları və mərsiyəxanları İslam cəmiyyətinin yumşaq gücüdür. “Bu gün “Bəyan Cihadı” vəzifəsi mersiyəxanların çiyninlərindədir.

Yumşaq gücün sərt gücdən fərqli olaraq çox təsirli olduğunu izah edən Ayətullah Xamenei deyib: ''Məsələn, dünya güclərindən biri olan ABŞ atom bombası da daxil olmaqla hər cür qabaqcıl silahlara malikdir və eyni zamanda sənətə, kinoya və Hollivuda ən mühüm sərmayələrini qoyur, çünki kinonun danışdığı hekayələr, yumşaq bir güc olaraq təsir edicidir. Sərt gücün təsiri müvəqqətidir”.

ABŞ-ın Əfqanıstanı 20 illik işğalı və onun milyardlarla dollar xərcləməsi sərt gücün nümunəsidir. Birləşmiş Ştatlar əfqan xalqının nifrətinə görə sonda Əfqanıstanı tərk etmək məcburiyyətində qaldı. Amerikanın gəlib bütün İraqı işğal etməsi də sərt gücdür. Təxminən 20 ildən sonra İraqda ən nifrət edilən dövlət Amerikadır.

Həzrət Ayətullah Xamenei vətəndaşların seçkilərdə iştirak etməli olduğunu vurğulayaraq, “Seçkilərdə iştirak etmək vəzifədir, seçkilərə qarşı çıxmaq İslam Respublikası və İslama qarşı çıxmaq deməkdir” deyib.

İslam İnqilabının Rəhbəri bildirib ki, seçkilərdə iştirak hissi yaratmaq mərsiyəxanların mühüm vəzifəsidir.

İslam dünyasının nəbzinin Qəzzada döyündüyünü bildirən Həzrət Ayətullah Xamenei qeyd edib: “Bu gün Qəzzə xalqı təkcə sionist rejimə qarşı deyil, həm də kafirlik, zülm və təkəbbür dünyası və Amerikaya qarşı dayanır. ABŞ prezidentinin sionist olduğunu açıq şəkildə bildirməsi onun sionistlərlə pis məqsədləri olduğunu göstərir”.

 

captcha