IQNA

BMT: “Qəzzada toqquşmalar dərhal dayandırılmalıdır”

16:55 - January 07, 2024
Xəbər sayı: 3495260
İQNA – BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının sionist rejimin hücumlarını davam etdirdiyi Qəzzə ilə barədə qəbul etdiyi qərarla bağlı hesabatında bildirib ki, ilk növbədə “münaqişənin dayandırılmasına” ehtiyac var.

BMT-nin baş katibi Antonio Quterreş BMT Təhlükəsizlik Şurasının dekabrın 22-də Qəzzaya yardımın çatdırılması üçün təcili addımların atılması qərarından sonra ilk hesabatını Təhlükəsizlik Şurasına təqdim edib.

Baş katib öz hesabatında, xüsusilə Qəzzanın şimalında mülki əhalinin ölüm hallarına və sionist rejimin hücumlarının törətdiyi dağıntıların miqyasına diqqət çəkərək, “Bizim münaqişənin dayandırılmasına ehtiyacımız var” deyib.

Hesabatda Sionist Müdafiə Qüvvələrinin (IDF) əhalinin sıx məskunlaşdığı bölgələrdə geniş ərazi təsirinə malik partlayıcı silahlardan istifadə etməsi nəticəsində "Qəzzada evlərin 60 faizindən çoxunun indiyədək zərər gördüyü və ya dağıldığı" təxmin edilib.

Hesabatda paylaşılıb ki, BMT-nin fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) Qəzzadakı bütün obyektlərinin koordinatlarını bütün münaqişə tərəfləri ilə paylaşsa da, təşkilatın 125 obyektinə 193 hücum olub. Bu obyektlərə sığınan 308 fələstinlinin öldüyü, təxminən 1095 nəfərin isə yaralandığı paylaşılıb.

Hesabatda həmçinin deyilir: “Sionist rejimin Qəzzada hazırkı hərbi əməliyyatlarının başlamasından bu yana Ümumdünya Səhiyyə Təşkilatı 94 xəstəxana və digər tibb müəssisəsi və 76 təcili yardım maşınına təsir edən, səhiyyə xidmətlərini sıradan çıxaran və təxminən 600 nəfərin ölümü ilə nəticələnən 294 hücum qeydə alıb”.

BMT-nin baş katibi öz hesabatında Qəzzanın şimalında humanitar vəziyyətin ciddiliyinə toxunub və humanitar yardımın vacibliyinə diqqət çəkib. 

Quterreş qeyd edib ki, “2712 (2023) saylı qətnamə icra olunmaqdan uzaqdır və irəliləyiş acınacaqlı dərəcədə qeyri-adekvat olaraq qalır”.

Qanun layihəsi uzun müzakirələrdən sonra qəbul edilib.

2712 saylı qətnamə layihəsi Qəzzaya genişləndirilmiş humanitar yardımın fasiləsiz və təhlükəsiz çıxışı üçün “təcili addımların atılması” tələbi ilə BMT Təhlükəsizlik Şurasına təqdim edilib. Dörd təxirə salınmadan və üzv dövlətlər arasında gərgin danışıqlardan sonra 22 dekabr 2023-cü ildə keçirilən sessiyada səsvermə keçirilib.

Səsvermədən əvvəl ABŞ Rusiyadan humanitar yardıma fasiləsiz və təhlükəsiz çıxışı təmin etmək üçün Qəzzada hərbi əməliyyatların dərhal dayandırılmasını tələb etdiyi düzəliş təklifinə veto qoymuşdu.

Qanun layihəsinin birinci variantında ABŞ-ın etirazına səbəb olan humanitar yardımın maneəsiz əldə edilməsi üçün “döyüş əməliyyatlarında fasilə vermək” ilə bağlı mübahisəli tələb mətndən çıxarılaraq “təcili addım çağırışı” ifadəsi ilə əvəz edilib.

Qanun layihəsi 15 üzvdən ibarət BMT-də 13 “hə” səsi toplayıb, ABŞ və Rusiya isə “bitərəf” qalıb.

Mənbə: TRT Xəbər

captcha