Bəzi qeyri-hökumət təşkilatlarının əlil üzvləri ABŞ-ın Ankaradakı səfirliyi qarşısında şəhid əsgərlərin xatirəsini anmaq və Fələstinə dəstək məqsədilə tədbir təşkil ediblər.
Aralarında qazilərin də olduğu qrup Çukurambardakı Mərkəzi Tuğba Altınok məscidində toplaşıb. Qrup üzvləri əllərində müxtəlif pankartlar tutaraq “Şəhidlər ölməz, Vətən bölünməzdir” şüarları səsləndirərək ABŞ səfirliyi önünə yürüş ediblər.
Dövlət Himnini oxuyan qrup daha sonra protezlərini, ortopedlərini, əlil arabalarını və ağ əsalarını Səfirliyin qarşısına qoyub.
“İnsanlıq Ölməsin” Platforması və Ankara Fələstin Həmrəylik Platforması adından danışan Məmur-Sən Əlillər Komissiyasının sədri Əhməd Dönməz, “Hər üzvümüzü itirsək də, vicdanımızla buradayıq” dedi.
Türkiyə Qazilər və Şəhid Ailələri Vəqfi Başçısı Loğman Aylar, HAK-İŞ Konfederasiyası Əlillər Komitəsinin sədr müavini Hanəfi Karadağ, Türkiyə Əlillər Konfederasiyası Başçısı Yusuf Çələbi, Xüsusi Təhsil Konfederasiyası Başçı Köməkçisi Məhmət Öztürk də çıxış ediblər.
İsrailə qarşı soyqırım iddiasının qaldırılaraq Beynəlxalq Haaqa Məhkəməsinə göndərilməsi üçün hazırlanan ərizələr Ankara Vəkillər Kollegiyasının 2 saylı nümayəndəsi Ahmet Günənçə çatdırılıb.
İsrailin Qəzzaya hücumlarına Şanlıurfada da etiraz edilib
AA-nın məlumatına görə, İnsan Haqları və Azadlıqları (İHH) Humanitar Yardım Vəqfi Şanlıurfa Şöbəsi tərəfindən təşkil edilən tədbirdə Balıklıgöl şəhərciyindəki Dərgah məscidi önünə toplaşan vətəndaşlar Türk və Fələstin bayraqları və pankartlarla Yıldız Meydanına gediblər.
Yürüş zamanı əllərində türk, ingilis və ərəb dillərində pankartlar daşıyan qrup tez-tez İsrail, ABŞ və terror təşkilatı PKK əleyhinə şüarlar səsləndirib.