IQNA

Məscidul-Həram və Məscidun-Nəbəvinin dünya miqyasında Quran təlimi

7:14 - January 16, 2024
Xəbər sayı: 3495304
İQNA - Məscidul-Həram və Məscidun-Nəbəvi Ümumi Müdirliyi "Hərəmeyn" adı altında Quran məclisinə başlayıb.

"İQNA", "Əl-Yəvm"-ə istinadən xəbər verir ki, Baş Müdirlik bu Quran məclisini bütün dünya müsəlmanları üçün maarifləndirici proqram kimi qiymətləndirib.

Bu proqramın həyata keçirilməsində ən son texnologiyalardan istifadə edildiyini bildirən Məscidül-həram və Peyğəmbər Məscidinin Baş İdarəsi qeyd edib ki, kurslar 6 dildə: Ərəb, ingilis, urdu, indoneziya, malay və hausa dillərində, Mikrat Əl-hərəmeyn tətbiqi vasitəsilə həyata keçirilir.

Həmçinin bildirilib ki, kurslarda iştirak edənlər qiraətlərini düzəldə, təcvidə yiyələnib, əzbər və təkrarı təkmilləşdirə bilərlər.

Eyni zamanda bu uzaqdan keçirilən təlim kursunu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar veriləcək və on qiraət sahəsi üzrə səlahiyyətli müəllimlərdən əzbər və qiraət icazəsi ala biləcəklər.

Bundan əlavə, gözdən əlillər üçün brayl əlifbası ilə müshəflərin paylanması, zəvvarlar və ibadət edənlər üçün Quran paylanması, həmçinin Kral Fəhd Quran Çap Mərkəzinə ziyarət turlarının başlanması Məscidul-həramın və Peyğəmbər məscidinin Baş Müdirliyi tərəfindən son illərdə həyata keçirilən proqramların böyük bir hissəsini təşkil edir.

4194020

captcha