İQNA (Beynəlxalq Quran Xəbər Agentliyi) xəbər verir ki, Qəzza sektorunun Səhiyyə Nazirliyi bununla bağlı müvafiq məlumatı yayıb.
Belə ki, təkcə son 24 saat ərzində İsrail hərbçiləri tərəfindən daha 178 dinc qəzzalı qətlə yetirilib və bununla da, 2023-cü il 7 oktyabrdan bəri davam edən bombardmanlar nəticəsində indiyədək öldürülən mülki Qəzza sakinlərinin sayı 25 105 nəfərə çatıb.
Həmçinin son 24 saat ərzində 293 dinc qəzzalı da yaralanıb. Beləliklə də, xəsarət alanların ümumi sayı isə 62 681 nəfərdək yüksəlib.
Bundan başqa, son 24 saat ərzində İsrail ordusunun hücumları nəticəsində çox sayda insan da dağıntılar qalıb ki, onlardan da hələ ki, bir məlumat yoxdur.
Qeyd edilən tarixdən bəri İordan çayının Qərb sahilində və Qüds şəhərində İsrail qüvvələri və qeyri-qanuni yəhudi miqrantlar tərəfindən qətlə yetirilən dinc fələstinlilərin sayı 327-yə (97-si uşaqdır), yaralananların sayı isə 4 212-yə çatıb (637-si uşaqdır) (18 yanvara olan məlumata əsasən).
Qeyd edək ki, Qəzzada İsrail ordusu tərəfindən öldürülən dinc sakinlərin ən azı 10 300-nü uşaqlar, 7 100-nü isə qadınlar təşkil edir. Həmçinin yaralıların və itkin düşmüş minlərlə qəzzalının da mütləq əksəriyyəti uşaqlar və qadınlardan ibarətdir.
Başqa bir mənbəyə görə isə, artıq uzun müddətdir itkin düşən fələstinlilər də nəzərə alınmaqla öldürülən dinc qəzzalıların sayı 30 mindən çoxdur.