“TRT Xəbər”in verdiyi məlumata görə, Qəzza zolağının şimalından zorla cənubdakı Rəfah şəhərinə köçürülən və orada müvəqqəti çadırlarda yaşamağa çalışan Muhamməd Əs-Səksəkin uçurtmaları 3 aydan çoxdur döyüş təyyarələrinin göründüyü Qəzza səmasında rəngarəng ab-hava yaradır.
Ailəsi ilə birlikdə çadırda yaşayan Əs-Səksək, uçurtmaları necə hazırladığını izah edib.
Üç taxta çubuğu altıbucaqlı formada birləşdirdiyini və sonra onları plastik torbalarla örtdüyünü ifadə edən Əs-Səksək, tarazlığını yoxladıqdan sonra uçurtma quyruğunu kiçik plastik parçaları ilə düzəltdiyini bildirib.
Əs-Səksək, hazırladığı uçurtmaları satdığını və bunu ailəsinin maddi ehtiyaclarını təmin etmək üçün qardaşları və qohumları ilə əməkdaşlıq edərək etdiyini bildirib.
Aylardır İsrail döyüş təyyarələrinin uğultusuna şahid olan səmada hazırladığı uçurtmaları sanki rəqs edirmiş kimi uçuran Əs-Səksək, ətrafına toplaşan uşaqlar üçün onları satışa çıxardığını bildirib.