IQNA

Kanadada islamafobiya hallarını bildirmək üçün proqram hazırlanıb

7:24 - January 23, 2024
Xəbər sayı: 3495349
İQNA – Kanada müsəlmanları islamofob cinayətləri bildirmək və qeyd etmək üçün proqram hazırlayıblar.

"İQNA", "Toronto City News"-a istinadən xəbər verir ki, müharibə və sionist rejimin Qəzzada törətdiyi cinayətlər səbəbindən Kanadada müsəlmanlara qarşı nifrət cinayətləri əhəmiyyətli dərəcədə artıb.

Kanadada müsəlmanlara qarşı bildirilən hücumların əhəmiyyətli dərəcədə artmasının ardınca IMIRT adlı mobil telefon proqramı islamafobiya motivli cinayətlər haqqında məlumat vermək üçün hazırlanmışdır.

Darul-Tövhid İslam Mərkəzindən İbrahim Hindi izah etdi ki, bu proqram Kanada İrq Münasibətləri Fondunun maliyyə dəstəyi və Kanada Milli Müsəlman Şurası ilə əməkdaşlıq əsasında istehsal edilib və müsəlmanlara nifrət hadisələri barədə məlumat vermək üçün əlverişli platforma təqdim edir.

Bu təşəbbüs hədəf olan icmalara dəstəyin təmin edilməsi və nifrət motivli hadisələrin sənədləşdirilməsi və azaldılması istiqamətində mühüm addım kimi qiymətləndirilir.

Toronto polisi islamofobiya hallarında 168 faiz artımla nifrət cinayətlərində artım qeydə alıb. İMIRT-nin yaradılması müsəlman icması ilə polis arasında uyğun olmayan münasibəti nümayiş etdirir. Nifrət cinayətlərinin yalnız 29%-i hüquq-mühafizə orqanlarına bildirilir.

Kanadanın İslamofobiya ilə mübarizə üzrə xüsusi nümayəndəsi bildirib ki, proqram birbaşa polisə məlumat verməkdə tərəddüd edən qurbanlar üçün əhəmiyyətlidir.

4195076

captcha