IQNA

Fələstinli qaçqınlara Quran paylanıb

7:30 - January 27, 2024
Xəbər sayı: 3495371
İQNA – Fələstinli gənc Qəzzada qaçqın düşərgələrində çadırlarda yaşayan insanların əziyyətini yüngülləşdirmək üçün Qurani-Kərim paylayıb.

"İQNA", "Əl-Cəzirə"-yə istinadən xəbər verir ki, qaçqın düşərgələrində yaşayanların əksəriyyətinin Quran nüsxəsi yoxdur, çünki onlar hər şeylərini qoyub evlərindən çıxıblar.

Fələstinli gənc belə bir təşəbbüsə başlamaqla Quran oxumağın onların ağrılarını yüngülləşdirməyə kömək edəcəyinə ümid etdiyini bildirib.

O, həmçinin bildirib ki, orada internet bağlantısı kəsildiyi üçün elektron nüsxələrdən istifadə etmək mümkün deyil.

Qaçqın düşərgələrində yaşayan bir qaçqın Quranın bütün müsəlmanların qəlbinin baharı olduğunu bildirərək, hər kəsi Quran təlimlərinə əməl etməyə dəvət edib.

İşğalçı rejimin Qəzzaya hücumları davam edərkən Fələstindəki qaçqınların Quran fəaliyyətləri davam edir. Qaçqın düşərgələrində çadırlarda Quran əzbəri və qiraət dərsləri keçirilir.

 

kod

4195867

captcha