IQNA

Qahirə Beynəlxalq Kitab Sərgisində Brayl əlifbası ilə Quran və dini kitablar

12:18 - January 28, 2024
Xəbər sayı: 3495379
İQNA – Brayl əlifbası ilə yazılmış Qurani-Kərim və bir çox dini kitablar 55-ci Qahirə Beynəlxalq Kitab Sərgisində təqdim olunub.

"İQNA", "Əl-yəvmus-Sabi" internet saytına istinadən xəbər verir ki, gözdən əlillər üçün işlərin çoxu Mazaya Dərnəyi tərəfindən sərginin 4-cü zalında nümayiş etdirilib. Dərnəkdən bildirilib ki, əsərləri sərgiləməkdə məqsəd bu tədbirə gələn ziyarətçiləri gözdən əlillərə Qurani-Kərim və dini elmlərin öyrədilməsi istiqamətində həyata keçirilən tədbirlərlə tanış etməkdir.

Dərnəyin stendində təqdim olunan kitablar arasında Quran təfsirləri, peyğəmbərlərin kitabları, qadın hüquqları, Misir Quran alimləri ilə ateistlər arasında münaqişə kimi əsərlər var.

Misirdə gözdən əlillər üçün Quran təhsili keçmişdə yalnız ənənəvi və eşitmə üsulu ilə verilirdi. Son illərdə yeni texnologiyaların tətbiqi, xüsusən də tədris kitablarında və Quran tətbiqlərində Brayl əlifbasının istifadəsi də çox diqqət çəkib.

Misirin paytaxtı Qahirədə 70 ölkədən 1200 nəşriyyatın iştirakı ilə Beynəlxalq Qahirə Kitab Sərgisi keçirilir.

4196136

captcha