"İQNA", Fələstin İnformasiya Mərkəzinin məlumatına istinadən xəbər verir ki, ABŞ-dan sonra Britaniya, Almaniya, İtaliya, Kanada, Avstraliya, Finlandiya, Şotlandiya və Hollandiya da daxil olmaqla daha səkkiz ölkə Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə (UNRWA) yardımlarını sionist rejimin saxta yalanları səbəbiylə dayandırdı. Sionistlər buna sevinərkən, fələstinlilər buna etiraz etdilər.
Bundan əvvəl ABŞ Dövlət Departamenti UNRWA əməkdaşlarının 7 oktyabr hücumlarında iştirak etdiyini iddia etmişdi.
İşğalçı rejimin 12-ci kanalı bu rejimin Xarici İşlər Nazirliyinin UNRWA-ya təzyiq göstərmək üçün qurumun əməkdaşlarının Qəzzadan deportasiya edilməsi üçün kabinetə plan göndərməyi planlaşdırdığını bildirib.
Fələstin İslami Cihad hərəkatı ölkələrin bu qeyri-insani hərəkətini, Beynəlxalq Ədalət Məhkəməsinin qərarı ilə UNRWA büdcəsinin eyni vaxtda kəsilməsini Fələstin xalqının sionist rejimə müqavimət göstərməsinin cəzası kimi qiymətləndirib.
4196296