IQNA

Nikah mərasimləri Hərəmeyni-Şərifəyndə keçirilə biləcək

11:17 - January 30, 2024
Xəbər sayı: 3495389
İQNA – Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmiləri bu ölkənin gənclərinin nikahlarını Məscidül-Həram və Məscidün-Nəbidə edə biləcəklərini açıqlayıblar.

"İQNA", "Siyasət" saytına istinadən xəbər verir ki, yerli mətbuatda yer alan xəbərlər, hakimiyyətin bu iki müqəddəs məkanda nikah mərasimlərinin keçirilməsinə icazə verməsidir.

Bu layihə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin təşəbbüsü ilə nikah mərasimlərini asanlaşdırmaq məqsədi ilə həyata keçirilib. Məqsəd zəvvarların və ziyarətçilərin təcrübəsini artırmaqdır.

Səudiyyə Ərəbistanından olan nikah məmuru Peyğəmbərin (s) məsciddə bir səhabənin nikahını oxuduğu və məsciddə nikahın şəriət cəhətindən qanuni olduğunu vurğulayıb. O, həmçinin bildirib ki, mədinəlilərin nikahlarını Məscidün-Nəbidə etməsi adi haldır.

Məsciddə evlənmək yaxşılıq və bolluq əlaməti sayılır. Bu müqəddəs məkanlarda keçiriləcək nikahda yüksək səs-küydən qaçınılması və məkanın müqəddəsliyinə hörmətlə yanaşılmalı olduğu vurğulanıb. Qəhvə, şirniyyat və ya yeməklərin həddindən artıq istifadə edilməsindən çəkinmək də tövsiyə edilmişdir.

Hərəmeyni-Şərifəyn Ümumi Müdirliyi zəvvarların təcrübələrinin keyfiyyətini artırmaq üçün son illərdə bir çox layihə həyata keçirmişdir. Quranın zəvvarlar arasında paylanması və gözdən əlillər üçün Brayl əlifbası ilə Quran paylanması ilə yanaşı, Kral Fəhd Quran çap mərkəzinə turlar və Quran görüşləri də bu proqramlardan bəziləridir.

4196571

captcha