Brüsseldəki beş hüquq firmasının vəkilləri Ədliyyə Sarayı qarşısında bir araya gəlib.
Əllərində Fələstin bayraqları tutan vəkillər İsrailin Qəzzada dinc insanlara qarşı hücumlarına və blokadasına etiraz ediblər.
Beynəlxalq Məhkəmənin qərarının icrasını tələb edən hüquqşünaslar həmçinin bəzi Avropa ölkələrinin Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinin (UNRWA) maliyyələşdirməsini dayandırmaq qərarını da pisləyiblər.
Vəkillərin birgə bəyanatında deyilir: “ICJ-nin qərarına hörmət etmək və buna görə də İsrailin Qəzzada fələstinlilərə qarşı soyqırımının qarşısını almaq bizim üçün həyati əhəmiyyət kəsb edir”.
Fələstinli həmkarları ilə həmrəy olduqlarını bildirən vəkillər fələstinli məhbusların azad edilməsinə çağırıblar.
Vəkillər Belçikadan Qəzzadan viza və sığınacaq müraciətlərinə üstünlük verilməsini tələb ediblər.
Vəkilləri müşayiət edən bir çox mülki vətəndaş əllərində "75 illik müstəmləkəçilik, aparteid və dövlət terrorizmi" yazılmış plakatlarla görüntülənib.