AA-nın verdiyi məlumata görə, Oman müftisi Əhməd ibn Hamid Əl-Xəlili X sosial media platformasında boykot çağırışı paylaşıb.
Oman müftisi açıqlamasında bu açıqlamaları verib:
“Sionist qurumu dəstəkləyən şirkətləri boykot etmək, kapitalizmə qərq olmuş Qərb iqtisadiyyatının hökmranlığından qurtulmaq və ölkəni istehlakçı deyil, istehsalçı, idarə olunan deyil, idarə edən, idxalçı deyil, ixracatçı olmaya sövq etmək üçün dəyərli fürsətdir.."
Xəlili həmçinin "Biz boykot çağırışımızı təkrar edirik. Mübarizə aparan Fələstin xalqının qətiyyətini dəstəkləyirik" dedi.