IQNA

AİHM Belçikada halal kəsim qadağasını haqlı hesab edib

7:23 - February 14, 2024
Xəbər sayı: 3495464
İQNA - Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Belçikada müsəlmanları təmsil edən təşkilatların halal kəsim qadağasına qarşı qaldırdıqları işdə qadağanın dini etiqad azadlığını məhdudlaşdırmadığına qərar verib.

AİHM-in verdiyi bəyanatda bildirilib ki, Məhkəmə ilk dəfə olaraq heyvanların rifahı və bununla bağlı dini etiqad azadlığı ilə bağlı işə baxıb.

Açıqlamada, Belçikanın Vallon və Flaman bölgələrində tətbiq edilən halal kəsim qadağasının heyvan rifahı əsaslarına söykəndiyi üçün dini azadlıqlara qanuni müdaxilə olduğu ifadə edilib.

Belçikada Flaman bölgəsi 2017-ci ildə, Valon bölgəsində isə 2018-ci ildə verilən fərmanlarla İslam inancına görə halal, yəhudiliyə görə isə koşer kəsimi kimi tanınan üsulu qadağan edib.

Müsəlman və yəhudi təşkilatları məsələni 2022-ci ilin martında AİHM-də qaldırıblar.

Belçikada halal kəsim hal-hazırda yalnız Brüssel Paytaxt Bölgəsində mövcuddur.

Keçən il Brüssel Paytaxt Parlamenti də bu üsula qadağa qoyub, lakin müsəlman və yəhudi icmalarının böyük reaksiyasına səbəb olan qərar son anda təsdiqlənməyib.

AA

captcha