IQNA

Malidə milli Quran hifzi və təfsiri müsabiqəsi başa çatıb

7:26 - February 15, 2024
Xəbər sayı: 3495469
İQNA - Mali Quran Hifzi Mərkəzləri Dərnəyi və Səudiyyə Ərəbistanının Dini İşlər Nazirliyinin səyləri ilə təşkil edilən Milli Quran Hifzi və Təfsir yarışı öz fəaliyyətini yekunlaşdırıb.

"İQNA", "Əl-Hədis" saytına istinadən xəbər verir ki, yarışmanın bu dövrü Bamakoda 19-23 yanvar tarixlərində Malinin hər yerindən 100 kişi və qadın rəqibin iştirakı ilə baş tutub.

Müsabiqənin bağlanış mərasimində Malinin dini işlər naziri, Səudiyyə Ərəbistanının bu ölkədəki səfiri və bir çox tanınmış siyasi, ictimai və dini xadimlər iştirak ediblər.

Bağlanış mərasimi Quran ayələrinin tilavəti ilə başlayıb, daha sonra Dini İşlər Naziri qalibləri və təşkilata əməyi olanları mükafatlandırıb.

Mərasimin sonunda qaliblərə xatirə lövhələri təqdim olunub.

4199674

captcha