IQNA

Qəzzədə Quranı əzbər bilən uşaqlar mükafatlandırılıb

7:28 - February 17, 2024
Xəbər sayı: 3495475
İQNA - Rəfah düşərgəsinin rəsmiləri Qurani-Kərimin müxtəlif cüzlərini əzbərləyən onlarla fələstinli uşağı mükafatlandırıblar.

"İQNA", "Arab21" saytına istinadən xəbər verir ki, Qəzzə zolağının cənubundakı Rəfah qaçqın düşərgəsində Quranı əzbərləməyi bacaran 40-dan çox qız və oğlan səlahiyyətlilər tərəfindən mükafatlandırılıb.

  Bu müharibənin gətirdiyi bütün dağıntılara və ağrılara baxmayaraq, 40-50 fələstinli oğlan və qız Şifa Əmr məktəbində əldə etdikləri nailiyyətlərə görə mükafatlandırıldılar.

Bayram şənliyində uşaqlar sevinc nümayiş etdirsələr də, səhnədə İsrail işğalının amansız müharibəsinin təsirləri və nəticələri aydın görünürdü.

İşğalçı rejimin Qəzzada törətdiyi bütün cinayətlərə və dağıntılara baxmayaraq, Rəfah şəhərindəki düşərgə və sığınacaqlarda Quran fəaliyyətləri davam edir. Rəfah şəhəri ən çox köçkünlərə ev sahibliyi edir.

Anadolu Xəbər Agentliyinin müxbirinin verdiyi məlumata görə, hər bir sığınacaqda fələstinli könüllülər Qurani-Kərimi əzbərləmək və öyrətmək üçün çadır və ya otaq ayırırlar.

  420005

captcha