IQNA

Fransa millət vəkilləri: “İsrail idmançıları Olimpiadadan kənarlaşdırılmalıdır”

6:03 - February 24, 2024
Xəbər sayı: 3495515
İQNA – Fransa parlamentinin 26 üzvü Beynəlxalq Olimpiya Komitəsinin prezidentinə məktub yazaraq, sionist rejimin Qəzzada törətdiyi cinayətlərə işarə edərək, israilli idmançıların Olimpiya Oyunlarından uzaqlaşdırılmasını istəyiblər.

"İQNA", "Əl Qüds Əl Ərəbi" saytına istinadən xəbər verir ki, Fransanın iki sol müxalifət partiyasının 26 nümayəndəsi Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Baxa məktub göndərərək, sionist rejimin Qəzzada vəhşiliyini pisləyiblər. Onlar sionist rejimin boykot edilməsini tələb ediblər.

Baxa göndərdikləri məktubda bu nümayəndələr israilli idmançıların Rusiya və Belarus idmançıları ilə eyni münasibəti görmələrini tələb ediblər.

IOC, Paris Olimpiadasında Rusiya və Belarusun bayraq, gerb və himnlərindən istifadə oluna bilməyəcəyini, Rusiya və Belarus idmançılarının Paris 2024-də neytral şəkildə iştirak edə biləcəyini açıqlamışdı.

Buna uyğun olaraq, bu rejimin “İsrailin Fələstin xalqına qarşı hərbi cinayətləri” səbəbindən bu yarışlara öz bayrağı ilə qatılmaq hüququ olmadığı və bu yarışlara “bitərəf bayraq”la girməli olduğu bildirilib.

Millət vəkilləri vurğuladılar ki, Qəzzada uzunmüddətli atəşkəs elan olunmayana qədər bu məhdudiyyətlər aradan qaldırılmamalıdır.

Bundan əvvəl 2025-ci ildə Avropada demokratiya hərəkatı “İsrail idmanının beynəlxalq yarışlara və 2024-cü il Paris Olimpiadasına qadağa qoyulması üçün 70 min imza kampaniyası” başlatmışdı.

Avropa Parlamentinin bir qrup üzvü daha əvvəl FİFA və UEFA-ya məktub göndərərək Qəzzada baş verən qətl və cinayətlərə son qoymaq üçün İsrail futbolunun dayandırılmasını tələb etmişdi.

2024-cü il Paris Olimpiadası iyulun 26-dan avqustun 11-dək, Paris-2024 Paralimpiya Oyunları isə avqustun 28-dən sentyabrın 8-dək keçiriləcək.

4201303

captcha