IQNA

İspaniyada Qəzzəyə dəstək nümayişi keçirilib

11:22 - February 26, 2024
Xəbər sayı: 3495524
İQNA – İsrailin Fələstinə hücumlarına qarşı çıxan yüz minlərlə ispan silah müqavilələrinin ləğvi və Fələstin xalqına dəstək tələbi ilə küçələrə axışıb.

Fələstində soyqırımı dayandıraq. Sol təmayüllü qeyri-hökumət təşkilatları və siyasi partiyaların İsraillə münasibətlərə və silah ticarətinə son qoymaq şüarı ilə təşkil etdiyi nümayişlər İspaniyanın hər yerində 100-dən çox şəhər və qəsəbədə keçirilib.

Madriddə keçirilən genişmiqyaslı yürüşdə beynəlxalq ictimaiyyətdən “İsraili boykot edin”, “Qatil Netanyahu”, “Soyqırımı dayandırın”, “Azad Fələstin” kimi şüarlarla müşayiət olunan “İsrailə təzyiq” və atəşkəsin təmin edilməsi istənilib.

Sol koalisiya hökumətinə daxil olmayan, Fələstin və sosial siyasətlərlə bağlı fərqli baxışları olan solçu Podemos Partiyası bugünkü nümayişlərə qatılaraq dəstək verərək təklif irəli sürüb.

Podemos Partiyasının lideri İone Belarra, "İsrailə silah embarqosu tətbiq etmək üçün bu həftə parlamentə təklif təqdim edəcəyik" dedi. PSOE və Sumar koalisiyasının Fələstin mövzusunda səmimi olmadığını və boş vədlərlə bəzədilmiş bir siyasət izlədiyini iddia edən Belarra, “Hökumətin İsrailə silah embarqosu tətbiqi təklifində təqdim edəcəyimiz səmimiyyəti görəcəyik. Əgər həqiqətən də soyqırımı dayandırmaq istəyirlərsə və İsrailin ortağı olmaq istəmirlərsə, silah ticarətini qadağan edəcəklər”. dedi.

Bəzi qeyri-hökumət təşkilatlarının nümayəndələri xarici işlər naziri Xose Manuel Albaresin “Oktyabrın 7-dən bu yana İsrailə heç bir silah və ya hərbi texnika alınmayıb və satılmayıb” sözlərini sitat gətirib. O, iddiasının həqiqəti əks etdirmədiyini bildirib. Biznes qeydlərinə görə, İspaniya şirkətləri İsraillə hərbi əməkdaşlığını fasiləsiz davam etdirir.

“Xəbər Port” saytının verdiyi məlumata görə, Mariya Rokas nümayişin iştirakçılarından biri olaraq, “İsrail Fələstinə qarşı qırğınını şiddətlə davam etdirir. İsrail təkcə indi deyil, illərdir Fələstində insanlığa qarşı cinayətlər törədir. Bu, müstəmləkəçilikdir. Bu, təkcə fələstinlilərə qarşı deyil, həm də bütün dünyaya qarşı insan haqları cinayətidir. Biz səsimizi ucaltmağa davam etməli və beynəlxalq ictimaiyyətin indi müdaxilə etməsində israr etməliyik”. dedi.

Madriddən başqa 100-dən çox şəhər və qəsəbədə Fələstinə dəstək məqsədilə İsrailə silah embarqosu tələbi ilə nümayişlər keçirilib. Barselona, ​​Coruna, Almeria, Avila Cadiz, Burgos, Cordoba, San Sebastian, Tenerife, Malaga, Girona, Tarragona, Murcia, Palencia bunlardan bəziləri idi.

captcha